DÜNYA


Avstraliyanın Baş naziri ilə Donald Tramp arasında telefon danışığı olub

A+ A

Avstraliyanın ABC televiziya kanalının yaydığı məlumata əsasən bu ölkənin Baş naziri Malkolm Ternbull ABŞ-da Prezident seçkilərində qalib gəlmiş Donald Trampa telefonla zəng edib. Telefon danışığı zamanı regionda təhlükəsizliyin təmin olunmasında ABŞ-ın rolu xüsusi vurğulanıb.

Televiziya kanalı M.Ternbullun sözlərini sitat gətirərək bildirir: “Biz ABŞ-ın regionda uzun müddət qalmasının mühüm əhəmiyyətə malik olduğunu müzakirə etdik. Razılaşdıq ki, bu, regionda sabitliyin və sülhün qorunmasına şərait yaratmaqla inkişafa və çiçəklənməyə təkan verib”.

Avstraliyanın Baş naziri əminliklə bildirib ki, D.Tramp ABŞ-ın Asiya-Sakit Okean regionundakı əhəmiyyətli mövcudluğunu saxlayacaq. Çünki bu, ABŞ-ın milli maraqlarının tərkib hissəsi kimi bəyan edilib.

Televiziya kanalının məlumatına görə, liderlər ölkələri arasında uzun müddətdir davam edən həmrəyliyi yüksək qiymətləndiriblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.