DÜNYA


Avstraliyanın “Sea Shepherd” qrupu balinaların Yaponiya tərəfindən ovuna maneə yaradacaq

A+ A

Tokio, 31 avqust, AZƏRTAC.

Avstraliyanın balina ovuna qarşı çıxış edən “Sea Shepherd” qrupu Yaponiya tərəfindən bu dəniz məməlilərinin tədqiqat məqsədilə ovlanmasına qarşı maneə yaratmaqda davam edəcək. Qrup bu məqsədlə yeni sürətli patrul kateri alıb.

Qrupun üzvləri bildiriblər ki, dekabrda Antarktika sularına göndəriləcək həmin qayıq birbaşa yapon balina ovuna qarşı yönələn kampaniyada iştirak edəcək.

Ötən həftə Yaponiya Balinaların Tədqiqi İnstitutu müəyyən daimi ödəniş müqabilində balinaların ovlanması barədə ABŞ-ın “Sea Shepherd” qrupu ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, qrup bundan sonra yaponlar tərəfindən balina ovuna maneə yaratmayacaq.

Lakin “Sea Shepherd”ın Avstraliya qrupu bildirib ki, ABŞ tərəfi ilə bağlanan müqavilənin ona heç bir aidiyyəti yoxdur və o, yaponlara balina ovuna maneə yaratmaq üçün Avstraliya əhalisinin dəstəyinə güvənir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.