DÜNYA


Avstraliyanın cənubunda qədim insan məskəni aşkar edilib

A+ A

Tokio, 4 noyabr, AZƏRTAC

Avstraliyalı arxeoloqlar Flinders dağ silsiləsindəki mağaralardan birində 49 min il yaşı olan qədim insan məskəni aşkar ediblər. Bu barədə “The Sydney Morning Herald” qəzeti məlumat yayıb.

Varrati mağarasında aşkar olunan tapıntılar arasında insanların meqafauna ilə təmaslarını təsdiq edən emal edilmiş heyvan sümüklərinin, daşların və taxıldan istifadənin izləri var. Buna qədər alimlər qədim insanların Avstraliyanın çöllük regionlarında təqribən 39 min il əvvəl yaşadıqlarını təsdiq edən sübutlara malik idilər.

Son yenilikləri şərh edən arxeoloq Cayls Hemm bildirib ki, bu tapıntılar həmin tarixi ən azı 10 min il əvvələ aparır. Arxeoloq, həmçinin Flinders dağlarının Avstraliyanın cənubunda - Cənubi Avstraliya ştatının paytaxtı Adelaida şəhərindən 550 kilometr məsafədə yerləşməsinə, Yaşıl qitənin insanlar tərəfindən mənimsənilməsinin isə şimaldan başlanmasına da diqqət çəkib. Bu isə onu deməyə əsas verir ki, həmin ərazidə yaşayan insanların əcdadları Avstraliyaya daha tez gəlmiş və materikin böyük bir hissəsində məskunlaşmışlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.