SİYASƏT


Avstraliyanın ən böyük ştatının qubernatoru Azərbaycana səfər etmək niyyətindədir

Bakı, 10 avqust, AZƏRTAC 

Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Pert şəhərində Qərbi Avstraliyanın qubernatoru Kerri Sandersonla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı konsul Azərbaycan və Avstraliya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi üzrə görülən işlər barədə məlumatları qubernatorun diqqətinə çatdırıb.

Fəxri konsul qeyd edib ki, bu ilin oktyabr ayında Bakıda birinci Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək və bu forumda Avstraliyadan onlarla iş adamının iştirakı planlaşdırılır.

Qubernator Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və ölkəmizə səfər etmək arzusunu bildirib. O, həmçinin iki dövlət arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib və oktyabr ayında keçiriləcək biznes forumun bunun üçün yaxşı imkanlar yaradacağını vurğulayıb.

Kerri Sanderson Qərbi Avstraliyanın 32-ci qubernatoru, ərazisinə görə ölkənin ən böyük ştatında kraliça II Yelizavetanın nümayəndəsidir. Ştat qubernatoru Qərbi Avstraliya Baş nazirinin təqdimatı ilə Kraliça tərəfindən təyin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.