DÜNYA


Avstraliyanın şərqində meteor müşahidə edilib

A+ A

Tokio, 27 sentyabr, AZƏRTAC

Avstraliyanın şərqində yerləşən Kvinslend ştatının mərkəzi rayonlarının sakinləri sentyabrın 27-də axşam saatlarında səmada qeyri-adi təbiət hadisəsini müşahidə ediblər. Qəflətən parlaq şəkildə işıqlanan səmadan sonra güclü partlayış səsi eşidilib. Bu barədə ABC televiziya kanalı məlumat yayıb.

Kvinslend polisinin məlumatında bildirilir ki, ötən gecə Qledstoun, Qreysmir və digər kiçik şəhərlərin sakinlərindən çoxlu sayda zənglər daxil olub. Həmin zənglərdə havanın qəflətən işıqlanması, evlərin titrəməsi və uzaqda partlayış səsi barədə məlumatlar daxil olub. Hadisənin bəzi canlı şahidləri havada odlu dairə müşahidə etdiklərini bildiriblər.

Sentyabrın 27-də Milli Geoloji Xidmətin nümayəndəsi bildirib ki, ötən axşam həmin rayonda zəlzələ qeydə alınmayıb.

“Gladstone Observer” qəzetinə müsahibə verən astrofizik Conatan Makdauelin bildirdiyinə görə, söhbət meteordan gedir: “Yəqin ki, bu, böyük meteor olub. Düşünürəm ki, söhbət təqribən 1 metr diametrində qayadan gedir. Yəni onun parçalarının Yerə çatması üçün o kifayət qədər böyüklükdə olub”. Alimin qənaətinə görə, bu, sübuta ehtiyacı olan hipotezdir.

Ərazidəki polis idarəsinə isə hadisə nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.