DÜNYA
Avstraliyaya məxsus təyyarədə planlaşdırılan terror aktının qarşısı alınıb
Tokio, 30 iyul, AZƏRTAC
Avstraliyanın Baş naziri Malkolm Ternbull bu ölkəyə məxsus təyyarədə planlaşdırılan terror aktı barədə məlumat verib.
Baş nazir jurnalistlərə deyib: “Sizə məlumat verə bilərəm ki, ötən axşam təyyarənin partladılması üçün planlaşdırılan terror aktının qarşısını almaq məqsədilə həyata keçirilən böyük antiterror əməliyyatı uğurla başa çatıb”.
M.Ternbullun verdiyi məlumata görə, Sidneydə keçirilən reydlər zamanı dörd nəfər saxlanılıb. Baş nazir əlavə edib ki, Avstraliyanın bütün aeroportlarında əlavə təhlükəsizlik tədbirləri görülüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio