ELM VƏ TEXNOLOGİYA


Avstriya Elmlər Akademiyası gənc alimlərə tədqiqat imkanları yaradır

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

Avstriya Elmlər Akademiyasının “Joint Excellence in Science and Humanities (JESH)” proqramı son on ildə doktorantura pilləsində təhsilini başa çatdıran və müxtəlif ölkələrin hər hansı tədqiqat müəssisəsində çalışan gənc alimlərə iki aydan altı ayadək Avstriyanın tədqiqat mərkəzlərindən birində araşdırmalar aparmaq imkanı yaradır. Tədqiqat səfəri həmin qurum tərəfindən verilən təqaüd hesabına maliyələşdiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, təqaüd proqramında iştirak etmək istəyənlər sənədlərini iyulun 8-dək AMEA rəyasət heyəti aparatının beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidirlər.

Əlavə məlumatı www.oeaw.ac.at saytından əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.