RƏSMİ SƏNƏDLƏR
Avstriya Respublikası Milli Şurasının Sədri Zati-aliləri xanım Doris Buresə
Hörmətli xanım Sədr,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 oktyabr 2016-cı il.