SİYASƏT


Avstriya: həmvətənlərimiz referenduma çıxarılan dəyişikliklərə fəal münasibət bildiriblər

A+ A

Vyana, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Avstriyadakı səfirliyində yaradılan seçki məntəqəsində yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00-da) səsverməyə yekun vurulub.

Səsvermə zamanı məntəqədə bütün prosedurlara tam riayət olunub, vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün bütün şərait yaradılıb.

Səsvermədə Avstriya, Sloveniya və Slovakiya ilə yanaşı, Macarıstan və Xorvatiyada yaşayan soydaşlarımız, eləcə də qısamüddətli səfərlə əlaqədar Vyanada olan Azərbaycan vətəndaşları iştirak ediblər.

Seçicilərin refenduma çıxarılmış məsələlərə fəal şəkildə münasibət bildirdiyi səsvermə prosesi mütəşəkkil şəkildə keçirilib, heç bir hansı qanun pozuntusu qeydə alınmayıb.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.