Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Avstriya qeydləri: Vyana – Avropanın mədəni paytaxtı

Bakı, 27 oktyabr, AZƏRTAC

Vyana qeyri-adi rəngarəng və çoxsimalı şəhərdir. 600 ildən çox müddətdə Habsburqlar imperiyasının mərkəzi olmuş şəhər indi Avstriya Respublikasının paytaxtıdır. Zəngin tarixi sayəsində Vyanada və onun ətrafında çoxlu sayda görməli yerlər qalıb, şəhərin tarixi mərkəzi isə UNESCO tərəfindən Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Turistləri Vyanaya cəlb edən dəbdəbəli saraylar, yüzlərlə muzey, sərgi pavilyonları, teatrlar, konsert meydançaları və incəsənətlə təmasda olmağın digər çoxsaylı imkanlarıdır. Buna görə də haqlı olaraq Vyananı Avropanın mədəni paytaxtı adlandırırlar. Vyana, həmçinin dadlı şirniyyatı, gözəl bağları, təmiz ekologiyası və birbaşa krandan içilməsi mümkün olan təmiz suyu ilə məşhurdur.

Bunun şəxsən şahidi olmaq üçün Vyanaya yollanırıq.

Belveder, Rinqştrasse və sovet memorialı

Hazırda bir neçə aviaşirkət Bakıdan Vyanaya birbaşa uçuşlar təklif edir. Lakin biz Bakıdan Avstriyanın paytaxtına getməyin daha sərfəli yolunu seçdik – Budapeştdən tranzitlə. “Wizz Air” aviaşirkətinin Bakı-Budapeşt təyyarəsinə biletin qiyməti 49 avrodur. “BusExpress” şirkətinin avtomobilləri ilə Budapeştdən Vyanaya getmək isə bundan da ucuzdur – adambaşına 39 avro. Artıq Macarıstanda, Heviz şəhərində olduğumuzdan Vyanaya məsafə 200 kilometrdən də qısa idi. Elə buradan da yola düzəldik.

“BusExpress” şirkətinin sürücüsü bizi düz vaxtında, səhər saat 8-də Hevizdəki otelin qapısından götürdü. İki saat yarıma Avstriyanın baş şəhərinə çatdırmağa söz verdi. Belə də oldu. Yolun böyük hissəsi Macarıstanın mənzərəli yerlərindən keçirdi, odur ki, vaxtın necə ötdüyünü sezmədik. Tezliklə Avstriya ilə şərti sərhədi adladıq və qırx dəqiqə sonra Vyanada qaldığımız ilk otelin - “Daniel”in parklama yerində əşyalarımızı avtobusdan boşaldırdıq. “İlk” sözünü elə-belə işlətmədik, çünki planlaşdırılan üç gecədən yalnız birini bu oteldə keçirdik.

Beləliklə, dördulduzlu “Daniel” oteli ekssentrik dizaynı ilə seçilir: əl-üzyuyan çanaq otağın içərisindədir, duş otağı şəffafdır, binanın damında deformasiyaya uğramış kater (yəqin ki, art-obyektdir) və arı pətəkləri qoyulub. Yeri gəlmişkən, səhər yeməyində süfrəyə bu pətəklərdən yığılan bal gətirilir. Dizayn dizaynılığında qalsın, kiçik otaqda heç çaydan da yox idi. Mehmanxananın yeganə mübahisəsiz üstünlüyü onun Vyana mərkəzi dəmir yol vağzalının və möhtəşəm Belveder saray kompleksinin yaxınlığında yerləşməsidir. Avstriya paytaxtı ilə tanışlığı da bu saraydan başladıq.

Barokko dövrünün bu şah əsəri iki saraydan (yuxarı və aşağı Belveder) ibarətdir. O, şahzadə Savoylu Oygenin (1663-1736) – məşhur sərkərdə və rəsm qədir-qiyməti bilicisinin yay iqamətgahı olub. Bu gün hər iki sarayın binalarında orta əsrlərdən müasir dövrədək Avstriya incəsənəti toplusu yerləşir. O cümlədən Yuxarı Belveder sarayı Qustav Klimt və digər tanınmış rəssamların əsərlərinin dünyada ən böyük kolleksiyası ilə fəxr edə bilər. Aşağı Belveder sarayı yaşayış otaqlarının və təntənəli zalların feodal əzəmətini saxlayıb. Saraylarda təqdim edilən ekspozisiyalara baxmaq üçün bilet almaq lazımdır. Amma sarayın qarşısında salınan böyük bağ və park komplekslərində müftə gəzmək olar. Turistlər zərif fəvvarə və heykəllər fonunda şəkli çəkdirməyi xoşlayır, yerli sakinlər isə burada səhər idman qaçışı edirlər.

Park kompleksini seyr etdikdən sonra Vyananın tarixi mərkəzinə yönəldik və yolda bizim üçün çox gözlənilməz bir abidə - sovet ordusu qəhrəmanlarının xatirə memorialı ilə üzləşdik. Bu böyük kompleks 1945-ci ildə ikinci Dünya müharibəsində Vyana uğrunda döyüşlərdə həlak olmuş 17 min sovet əsgərinin xatirəsinə ucaldılıb. Maraqlıdır ki, abidənin qayğısına qalmaq vəzifəsi antihitler koalisiyası üzrə müttəfiqlər və Avstriya Hökuməti arasında 1955-ci ildə imzalanmış dövlət müqaviləsinə daxil edilib.

Nəhayət, Vyananın əsas küçəsi olan Rinqştrasseyə gəlib çıxırıq. Bu, dağıdılan qala divarının yerində XIX əsrdə salınan dairəvi küçə Köhnə Şəhəri üzük qaşı kimi əhatəyə alır və ən əhəmiyyətli memarlıq abidələrinin cəmləşmə mərkəzidir. XIX əsrin ikinci yarısında inşa edilmiş Dövlət Opera Teatrı, parlament, bələdiyyə, Burqteatr, universitet, Tətbiqi İncəsənət Muzeyi və Vyana Birjasının binalarını qeyd etmək kifayətdir. Həmçinin neo-Renesans üslubunda inşa edilmiş İncəsənət Tarixi Muzeyi və Təbiətşünaslıq Muzeyini xüsusi diqqətə layiqdir. Onlar özündə təkcə böyük bədii və təbii xəzinələri əks etdirmir, həm də memarlıq şedevrləridir.

Üçquruşluq opera, imperatriçə üçün ştrudel və şəkərə batırılmış bənövşələr

Belə qərar verdik ki, üç gün ərzində bütün görməli yerləri gəzib-dolaşmaq mümkün deyil, amma məşhur Vyana Dövlət Opera Teatrına baş çəkmək mütləq lazımdır. Xüsusilə kiçik “kələyi” öyrəndikdən sonra. Məsələ ondadır ki, hər axşam tamaşanın başlamasından 80 dəqiqə əvvəl xüsusi kassa açılır və orada operaya bileti 3-4 avroya almaq olar! Opera Teatrının rəhbərliyi “İncəsənət xalq üçündür” şüarına belə anlam verir və onu var gücü ilə həyata keçirir. Bu qiymətə alınan biletlə tamaşaçı parterdə və ya balkondakı ayaqüstü yerlərə giriş imkanı əldə edir. Xəyalımızda ucuz bilet almaq kilometrlərlə uzanan növbə və basırıqla birgə canlandı. Lakin xoşbəxtlikdən bu kimi vəziyyət əsla müşahidə olunmurdu. “Korsar” baletinə bilet satılırdı və tamaşanın başlamasına bir saat qalmış növbədə cəmi on-on beş nəfər dayanmışdı. Tez bilet alıb teatr binasına girdik.

1869-cu ildə inşa edilmiş Opera Teatrı ikinci Dünya müharibəsi zamanı xeyli zədələnmişdi və 1955-ci ildə bərpa edilib. Binanın interyeri bu cür teatrlara yaraşacaq dərəcədə təmtəraqlıdır. Təsadüfi deyil ki, gündüz saatlarında binada fərdi ekskursiyalar təşkil olunur. Giriş foyesi, ön pilləkən, çay otağı, mərmər zal, çay salonu, Şvind foyesi, Qustav Maler zalı və tamaşa salonunun tərtibatına saatlarla baxmaq olar. Ətraf qızılı rəngdədir, divarlar və tavanlarda rəsmlər, məxmər və büllur göz qamaşdırır. Tamaşa başlanmazdan əvvəl Opera Teatrının binasına göz gəzdirmək və foto çəkmək olar. Çoxları belə də edir. Amma elə ki zalda işıqlar sönür və pərdələr qalxır, kameranı yığışdırmaq məsləhətdir – çəkiliş qadağandır və sayıq nəzarətçilər buna ciddi nəzarət edirlər. Baletə birinci akta qədər baxıb, teatrı tərk etdik və gecə gəzintisinə çıxdıq.

Bir çox digər Avropa şəhərlərində olduğu kimi, Vyana mağazaları çox tez, saat altı və ya yeddidə bağlanır. Axşam saatlarında kafe, restoran və klublar açıqdır. Şəhərdə bir az gəzdikdən sonra belə qərara gəldik ki, Vyanada səfərdə olub Vyana ştrudelini dadmamaq bağışlanmaz olardı. Mehmanxanamızın yaxınlığında gözümüzə “Zeitgeist” otelinin birinci mərtəbəsində yerləşən “Pergola” adlı restoran sataşdı. İçəridə adam çox idi, demək olar ki, bütün masalar tutulmuşdu. Nə etmək olar, avropalılar axşamı restoranlarda keçirməyi xoşlayırlar! Bizim üçün də yer tapıldı. Qaymaq və vanil souslu alma ştrudelinin dadı damağımızda qaldı. Hamıya məsləhət görürük: ştrudellə bərabər, “melanj” (avstriyalılar kapuçinoya belə poetik ad veriblər) sifariş verməyi də unutmayın.

Ümumiyyətlə, ən incə şirniyyat və desertlərlə ad çıxarmış Vyana lap çoxdan bütün dünya şirnisevərlərinin görüş yeridir. İki əsr boyu fəaliyyət göstərir məşhur “Demel” qənnadı mağazasına da baş çəkdik. Bu, keçmiş sarayyanı qənnadı müəssisəsi şəkərə batırılmış bənövşələr də olmaqla, Avstriya imperatriçasını fantastik təamlarla təchiz edib. Zərif bədən quruluşuna baxmayaraq, xalqın hələ də nəvazişlə Sisi adlandırdığı Bavariyalı Elizabet şirniyyatı dəlicəsinə sevərdi.

Bu gün də “Demel” markası desertlər və qəhvənin yüksək keyfiyyət zəmanətçisidir. Qənnadı mağazasındakı kafeteriyada oturmaq üçün uzun növbədə dayanmalısan, buna isə səbrimiz çatmadı. Pirojnalar alıb oteldə dadına baxdıq - əla!

Eyniadlı oteldə yerləşən “Zaxer” qənnadı mağazasına da baş çəkmək lazım idi. Bu xalis Vyana müəssisəsində 1832-ci ildə məşhur “Zaxer” tortu icad edilib. Amma deyəsən, artıqlaması ilə şirniyyat yemişdik, odur ki, “Zaxer”i dadmağı sonraya saxladıq.

Dunay çayının sahilində yerləşən Vyana muzeyləri ilə məşhurdur. Köhnə şəhərdə qarşımıza “Haus der Musik” – “Musiqi Evi” çıxdı. Güman edildiyi kimi, bu, musiqi alətlərinin darıxdırıcı sərgisi yox, möhtəşəm musiqi və səslər dünyasına maraqlı səyahətə dəvət edən altımərtəbəli müasir interaktiv muzeydir. Məsələn, birinci mərtəbədə musiqili pilləkən var, onunla qalxdıqca ixtiyarsız olaraq bu və ya digər notu səsləndirirsən. Fürsətdən istifadə edib sadə bir melodiyanı da səsləndirmək olar. İkinci mərtəbədə ayrıca otaq səs-küylərin prenatal qavrayışına həsr olunub. Burada çağanın ana bətnində səslər aləmini necə qəbul etdiyini eşitmək olar. Sonosferdə öz səsinlə eksperiment aparmaq və yeni alətlərdə çalmaq mümkündür. Səslər qalereyası kosmosun, Nyu-York küçələrinin uğultusunu və ya təbiət səslərini eşitməyə imkan verir. Üçüncü mərtəbə insanı Haydn, Motsart, Bethoven və digər bəstəkarların həyat və yaradıcılığı ilə tanış edərək, Vyana klassik dünyasına aparıb çıxarır. Xüsusi “Virtual rejissor” qurğusu sizə Vyana Filarmoniyası Orkestrinin dirijoru olmaq imkanı yaradır.

Qulaqlarımızı cingildədib, əyani zövqlər üçün Müasir İncəsənət Muzeyinə - “Mumok”a getdik. O, dünyanın ən böyük mədəni komplekslərindən biridir və Vyana Muzey Məhəlləsində yerləşir. Muzeydə müasir sənət nümunələri ilə qonşuluqda Endi Uorhol, Klas Oldenburq, Pablo Pikasso, Yoko Ono, Günter Brus və Gerhard Rixterin əsərləri təqdim edilir. Kolleksiyaya təxminən 9 min əsər daxildir: rəsm əsərləri, heykəllər, instalyasiya, təsvirlər, qrafika, foto, video, film, memarlıq modelləri və mebellər. Sonuncu mərtəbədə Vyana akionizmi – beynəlxalq avanqardın inkişafına radikal Avstriya töhfəsi ilə tanış ola bilərsiniz. XX-XXI əsrlərin incəsənətini xoşlayırsınızsa, “Mumok” sizə mütləq maraqlı görünəcək.

Son söz əvəzi

Vyana səfərinin son günündə bəlkə də ən maraqlı səyahət imperatrica Elizabetin keçmiş yay iqamətgahı Şönbrunn saray kompleksinə oldu. Barokko üslublu bu kompleksin bir hissəsi gözəl park, kiçik Palma Evi və dünyanın ən qədim zooparkıdır. Həmin günün axşamı Vyananın mərkəzindəki 250 yaşlı attraksion parkı – Praterə yollandıq! Məhz burada şəhərin rəmzlərindən biri – nəhəng Müşahidə Çarxı quraşdırılıb. Bütün bunlar barədə reportajımızın növbəti hissəsində söz açacağıq.

Yeri gəlmişkən, Vyanada su həqiqətən təmiz və dadlıdır. Onu birbaşa krandan içmək olar, şəhərin bir çox yerlərində isə pulsuz su avtomatları quraşdırılıb, odur ki, turistlərin təşnəsi olmayacaq!

Emil Eyyubov

Məxsusi AZƏRTAC üçün

Foto: Vitali Nəzərəliyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər