Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Avstriya və uydurma “erməni soyqırımı”

Vyana, 27 aprel, AZƏRTAC

Bu il aprelin 27-də Avstriyada İkinci Respublika elan olunmasının 70 illiyi qeyd olunub. İkinci Dünya müharibəsində Vyananın müttəfiq qoşunları tərəfindən azad edilməsindən iki həftə sonra – 1945-ci il aprelin 27-də Vyana şəhər bələdiyyəsində ölkənin siyasi partiyaları bir araya gələrək müvəqqəti hökuməti təsis etdilər. Sosial-demokrat və sonra dövlət kansleri Karl Rennerin rəhbərliyi altında keçən iclasda Avstriya Sosial-Demokratlar Partiyası, Avstriya Xalq Partiyası və Avstriya Kommunist Partiyası Müstəqillik Bəyannaməsini imzaladılar.

Bununla da Avstriyanın qərb hissəsində hələ döyüşlərin davam etdiyi bir vaxtda Vyanada Avstriyanın yenidən müstəqil dövlət kimi fəaliyyətə başlamasının əsası qoyuldu. Beləliklə, Üçüncü Reyxin tərkibində Ostmark adı daşıyan ərazilər yenidən Avstriya adlandırıldı, bu ölkənin sakinləri - 1938-1945-ci illərdə alman adı daşıyan insanlar yenidən avstriyalılara çevrildilər. Müstəqillik Bəyannaməsi ilə 1938-ci ildə Avstriya xalqının məcbur edildiyi “anşlüs” ləğv edildi.

Avstriyanın yenidən müstəqilliyinin əsası isə antifaşist koalisiyasının 1943-cü il Moskva konfransında qəbul edilmiş bəyannamədə qoyuldu. Həmin sənəddə mövcudluğuna son verilmiş Avstriya Hitlerin işğalçı siyasətinin qurbanı olan ilk ölkə kimi qəbul edildi. Bununla belə, Moskva bəyannaməsində Avstriyanın müharibədə Hitler Almaniyası tərəfdən iştirakına görə daşıdığı və yaxasını kənara çəkə bilməyəcəyi məsuliyyət əksini tapdı və alman faşizminə qarşı ölkədəki müqavimət hərəkatının rolu qeyd olundu. Məhz sonuncu müddəanın həqiqətən də mövcudluğunu sübut etmək üçün müharibə başa çatan kimi, o zamankı Avstriya hökuməti tələm-tələsik müqavimət hərəkatı, əhali içərisində faşizmə nifrət və digər mövzularda dəlil-sübutlar toplamağa, sərgilər keçirməyə və kitablar buraxmağa başladı. Yalnız ötən əsrin 80-ci illərində əldə rəhbər tutulan “qurban mifi” tarixi-siyasi debatlar nəticəsində dəyişdirildi, müəyyən etirafların əks olunduğu “həmcavabdehlik tezisi” ilə əvəzləndi.

Qayıdaq İkinci Respublikanın ilk günlərinə. 1945-ci ildə Avstriyanın suverenliyi ilk olaraq Sovet İttifaqı tərəfindən, bir müddət sonra isə digər müttəfiq ölkələr tərəfindən tanındı. Buna səbəb isə Avstriyada qurulmuş müvəqqəti hökumətin Sovet İttifaqının təsiri altında olması ehtimalı və ən əsası isə məhz Karl Rennerin 1938-ci ildə Avstriyanın Hitler Almaniyasına birləşdirilməsinin tərəfdarı, 1945-ci ildə isə əleyhdarı olması idi. Yeni siyasi vəziyyət antifaşist koalisiyası tərəfindən böyük şübhə ilə qarşılanırdı.

Avstriyalıların əvvəlcə faşist Almaniyasının yanında yer alıb, sonra onun qurbanına “çevrilməsi” prosesinin məcmusu müasir tarixşünaslıqda “qurban tezisi” adı altında tanınır. Nasistlərin cinayət əməllərinə ortaqlığın kollektiv yaddaşdan sıxışdırılaraq çıxarılması, inkarı və başqa formada təqdimatına xidmət edən “qurban tezisi” dramaturq Henrik İbsenin təbirincə, II Respublikanın “həyat yalanı” kimi də qələmə verilir.

1938-ci ilin mart günlərində Almaniya ordusuna qarşı bircə güllə belə atmayan, yüz minlərin sevinc və fərəhlə dolu göz yaşları içərisində Adolf Hitleri Vyanada xilaskar kimi qəbul edən avstriyalılar Üçüncü Reyxin hərb maşınının tərkib hissəsinə çevrildilər. Almaniyada yəhudilərə qarşı aparılan repressiyalar “anşlüs”dən sonra Avstriyada xüsusi amansızlıq və vüsətlə icra olundu. Ölkədə 65 min 500 yəhudi öldürüldü, Mauthauzen əsir düşərgəsində 100 mindən artıq əsir, - onların arasında yüzdən artıq azərbaycanlı da var idi,- işgəncələrlə qətlə yetirildilər, 140 min yəhudi isə ölkədən qaçmağa məcbur oldu. Lakin dinc insanların ölümündə günahkar olanlar müharibənin gedişatı arzuolunmaz istiqamət alanda məharətlə yeni vəziyyətə uyğun hərəkət etməyi, müttəfiq ölkələrə özlərini alman nasizminin qurbanları kimi qələbə verməyi bacardılar.

Özlərini qurban rolunda təqdim etməyi bacaranlar bu günlərdə digər “qurban”ların dərdinə şərik oldular, onların “həyat yalanı”nın ayaqda qalması üçün əllərindən gələni etdilər. Avstriya Parlamentində təmsil olunan altı siyasi partiyanın “erməni soyqırımı” ilə əlaqədar yaydığı birgə bəyanat beynəlxalq və ölkələrarası münasibətlər, tarixi və hüquqi qiymətləndirmə bir yana, ən azından sadə məntiqə zidd bir akt idi. Bəyanatda Avstriyanın “erməni soyqırımı”nı tanıması üçün mənəvi cavabdehlik daşımasından bəhs edilir və Avstriya-Macarıstan imperiyasının Birinci Dünya müharibəsində Osmanlı imperiyasının müttəfiqi olduğuna işarə olunur. İkinci Dünya müharibəsində ustalıqla cinayətkarın yanından “sivişib” çıxan, məsuliyyətdən yayınan və qəfildən “qurban”a çevrilənlər Birinci Dünya müharibəsində müttəfiqi olduqları dövlətdə baş verən və tarixçilərin İkinci Dünya müharibəsində olduğu kimi konsensusa gəlmədikləri hadisələrə görə öz üzərlərinə çox rahatlıqla mənəvi məsuliyyət götürdülər.

Yaxşı deyiblər ki, yalançının şahidi yanında olar. Uydurma “erməni soyqırımı” əfsanəsinə parlament səviyyəsində qiymət verən ölkələrin əksəriyyətinin öz tarixi keçmişi qaranlıq səhifələrlə zəngindir. Öz gözündə tiri görməyənlər həvəslə başqasının gözündə tük axtarırlar. Lakin dünya tarixi parlament qərarları və siyasətçi iradəsi ilə deyil, faktlar, arxiv materialları, sanballı mənbələr və real hadisələr əsasında yazılır.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub