DÜNYA


Avstriyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Vyana, 16 may, AZƏRTAC

Mayın 10-da Avstriyanın vitse-kansleri Raynhold Mitterlener tutduğu vəzifədən istefa verdikdən sonra Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Avstriya Xalq Partiyası (ÖVP) arasında hökumət koalisiyasına son qoyulub.

Koalisiyanın başa çatmasına əsas səbəb ÖVP-nin yeni sədri Kristian Kurtsun vitse-kansler vəzifəsini öz üzərinə götürməyərək, bu vəzifəni hazırkı ədliyyə naziri Volfqanq Brandştetterə həvalə etməsi olub. Avstriyanın federal kansleri və SPÖ partiyasının rəhbəri Kristian Kern koalisiya tərəfdaşının bu addımını tənqid edərək, partiya rəhbərinin cavabdehliyi öz üzərinə götürməli olduğunu bildirib. Parlamentdəki çıxışında artıq koalisiya tərəfdaşlığının pozulduğunu qeyd edən K.Kern növbəti parlament seçkilərinə kimi qanunverici orqanda qərarlar koalisiyadaxili razılaşmalar əsasında deyil, “qüvvələrin sərbəst hərəkəti”, yəni, hər bir partiyanın və deputatın sərbəst seçimi əsasında qəbul ediləcək.

Parlamentdə təmsil olunan bütün fraksiyaların razılığı əsasında növbədənkənar parlament seçkiləri oktyabrın 15-də baş tutacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.