DÜNYA
Avstriyada prezident seçkilərinin nəticələri ləğv olunub
Vyana, 1 iyul, AZƏRTAC
Avstriya Konstitusiya Məhkəməsi mayın 18-də ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini ləğv edib. Bununla da Konstitusiya Məhkəməsi Avstriya Azadlıq Partiyasının seçkilərdə baş vermiş pozuntulara dair şikayətini təmin edib.
Prezident seçkilərinin ikinci turunda bir sıra seçki məntəqələrində məktubla səs vermiş seçicilərin məktublarının vaxtından əvvəl açılması və digər qanun pozuntularını əldə rəhbər tutan Avstriya Azadlıq Partiyası ali məhkəmə orqanına şikayətlə müraciət etmişdi.
Xatırladaq ki, Yaşıllar Partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksandr Van der Bellen 30 min səs çoxluğu ilə Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer üzərində qələbə qazanmışdı.
Konstitusiya Məhkəməsinin qərarına əsasən, prezident seçkilərinin ikinci turu bütün ölkə ərazisində təkrarlanmalıdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]