DÜNYA
Avstriyada qaçqınlara görə fövqəladə vəziyyət elan edilə bilər
Bakı, 15 avqust, AZƏRTAC
Avstriyanın Kansleri Kristian Kern yerli hökumətin sentyabrın 6-da ölkədə qaçqınlara görə fövqəladə vəziyyət elan edilməsi ilə bağlı təklifinə baxıla biləcəyini söyləyib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, ORF telekanalına müsahibəsində K.Kern gələn ay Avstriya və Macarıstan arasında Müdafiə və Daxili İşlər nazirlikləri səviyyəsində danışıqların aparılacağını bildirib. O, fövqəladə vəziyyət və qaçqınların Macarıstana qaytarılması üçün zəmin yaradılmasının vacibliyini qeyd edib.
2016-cı ilin yanvarından Avstriya hökuməti qaçqınların qəbulunu azaldaraq 37,5 min nəfərə qədər kvota müəyyən edib. Birinci yarım ildə kvotanın üçdə iki hissəsi yerinə yetirilib və ölkədə 22 min qaçqına sığınacaq verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]