İDMAN


Avstriyalı idmançı: Bakıda qazandığım qızıl medal karyeramda ən böyük nailiyyətdir

Bakı, 1 avqust, AZƏRTAC 

Dünya çempionatında gümüş medala sahib olmuşam, amma Bakıda keçirilən Avropa çempionatında qazandığım qızıl medal karyeramda ən böyük nailiyyətdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində çempionatın 300 metr məsafəyə standart tüfənglə atəşaçma yarışının qalibi avstriyalı Pikl Bernhard deyib.

Azərbaycanda keçirilən yarışlarda dördüncü dəfədir iştirak etdiyini deyən idmançı bundan öncə Qəbələdə atıcılıq üzrə dünya kuboku yarışlarına qatıldığını bildirib. O, Bakıdakı Atıcılıq Mərkəzinin möhtəşəm olduğunu, burada idmançılar üçün hər cür şərait yaradıldığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.