İDMAN


Avstriyanın “Qarabağ” klubu “Trabzonspor” ilə yoldaşlıq oyunu keçirəcək

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Avstriyada azərbaycanlıların yaratdığı “Qarabağ” futbol klubu yeni mövsümə hazırlığı davam etdirir.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” avqustun 7-də yoxlama görüşü keçirəcək. Macarıstanda baş tutacaq yoxlama oyununda rəqib Türkiyənin “Trabzonspor” klubu olacaq. Matç yerli vaxtla saat 19:00-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” Avstriya futbolunun tarixində ilk dəfə xaricilər tərəfindən yaradılmış klubdur. Azərbaycanlıların yaratdığı “Qarabağ” klubu Avstriyanın II Landesliqanın çempionu olub. Klubun prezidenti Orxan Vəliyev ali təhsili Avstriya Dövlət İqtisad Universitetində alıb. Klubun idarə heyəti dörd Azərbaycan və iki Avstriya vətəndaşından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.