DÜNYA


Avstriyanın enerji nəhəngi “OMV” şirkəti İngiltərə bazarından çıxıb

Bakı, 10 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Avstriyanın enerji nəhəngi “OMV” şirkəti 22 fərqli lisenziyadan payı olan törəməsi “OMV UK Limited”in 100 faizlik səhmlərini 1 milyard dollara “Siccar Point Energy Limited”ə satıb. Bununla da “OMV”nin İngiltərədəki neft, təbii qaz axtarışı və istehsalı fəaliyyətləri sona çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir. Satınalma əməliyyatının müvafiq təşkilatların razılığından sonra 2017-ci ilin ilk rübündə tamamlanması gözlənilir.

“OMV” idarə heyətinin sədri Rayner Seele deyib: “İngiltərədəki törəmə şirkətimizin səhmlərinin satışı “OMV”nin istehsal portfelini tarazlayaraq onun ən yaxşı səviyyəyə çatmasına xidmət edəcək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.