DÜNYA


Avstriyanın federal kansleri: Türkiyəyə əməkdaşlıq üçün yeni format təklif olunmalıdır

A+ A

Vyana, 15 avqust, AZƏRTAC

Avstriyanın federal kansleri Kristian Kern Avropa İttifaqına üzvlük danışıqlarının davam etdirilməsi əvəzinə Türkiyə ilə əməkdaşlığın digər formaları ətrafında müzakirələrə başlamağı təklif edib.

Avstriya Mətbuat Agentliyinə (APA) verdiyi müsahibəsində hökumət rəhbəri K.Kern bildirib ki, Aİ və Türkiyə iqtisadiyyat, təhlükəsizlik və miqrasiya sahələrində əməkdaşlıq planı üzərində iş aparmalıdır. O deyib: “Üzvlük danışıqları fiksiyasından əl çəkmədikcə, biz əməkdaşlığın yeni formasını inkişaf etdirmək üçün yaranmış vaxtdan da yararlanmayacağıq”.

K.Kernin fikrincə, danışıqlar prosesi sayəsində Türkiyəni Aİ-yə yaxınlaşdırmağın mümkünlüyünə dair hipotez özünü doğrultmayıb. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin rəsmi Ankara ilə danışıqların aparılmalı olduğunu, lakin Türkiyənin İttifaqa üzv qəbul edilməyəcəyinə aid fikirlərini tənqid edən  kansler bu məsələyə kifayət qədər aydınlıq gətirilməsinin vacibliyini bildirib.

Mövcud qaçqın problemi ilə bağlı K.Kern vurğulayıb ki, Türkiyə Aİ ilə əldə edilmiş razılaşmanı qüvvədə saxlamaqda maraqlı tərəfdir. Federal kansler deyib: “Əgər bu razılaşma üzvlük danışıqları illuziyasından asılıdırsa, onda bu, həqiqətən də böyük problemdir”.

Avstriyanın Türkiyədə baş verən çevriliş cəhdini qətiyyətlə pislədiyini vurğulayan K.Kern qiyamın törədilməsində günahkar hesab edilən Fətullah Gülənə qarşı heç bir rəğbət və anlayışla yanaşmadığını da qeyd edib.

 

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.