MƏDƏNİYYƏT


Avstriyanın tanınmış akkordeonçularının çıxışı böyük maraqla qarşılanıb

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”da Avstriyanın tanınmış akkordeon duetinin çıxışı olub.

AZƏRTAC xəbər verir ki, gənc akkordeonçular Atanas Dinovski və Pol Şubert yaradıcılıqlarında cazı Şimali Avropa xalq musiqisi ilə sintezləşdirirlər. Duet həm doğma Avstriyada, həm də onun hüdudlarından kənarda çox populyardır. Musiqiçilər tez-tez xarici ölkələrdə qastrol səfərlərində olur, bir çox festival və müsabiqələrdə iştirak edirlər.

Duetin çıxışı böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.