DÜNYA
Avtobusa hücum edən “taliblər” 7 dinc sakini öldürüblər
Bakı, 12 iyul, AZƏRTAC
“Taliban” hərəkatının yaraqlıları Əfqanıstanının qərbindəki Fərah vilayətində sərnişin avtobusunu dayandıraraq 7 dinc sakini öldürüblər.
AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, yaraqlılar Fərah və Herat şəhərlərini birləşdirən avtomobil yolunda nəqliyyatın hərəkətini bir müddət blokadaya alıblar. Sonradan yolu açmağa nail olan güc strukturları əməliyyatın gedişində azı on yaraqlını məhv ediblər.
Son vaxtlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Əvvəllər kənd rayonlarında geniş ərazilər ələ keçirən “Taliban” hərəkatının yaraqlıları hazırda böyük şəhərlərə hücumlara başlayıblar. Ölkə ərazisində İŞİD terror qruplaşmasının təsiri də güclənməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:40]
Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır
- 07.05.2024 [13:03]
BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb
- 07.05.2024 [12:57]
Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir
- 07.05.2024 [12:47]
Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb
- 07.05.2024 [12:44]
Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb
- 07.05.2024 [12:26]
CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb
- 07.05.2024 [12:20]
Rusiya Prezidentinin inauqurasiyası olacaq
- 07.05.2024 [12:11]
Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib
- 07.05.2024 [11:59]