CƏMİYYƏT


Avtobusda xidməti itin tətbiqi nəticəsində narkotik vasitə aşkarlanıb

Bakı, 20 iyun, AZƏRTAC

Avtobusda xidməti itin tətbiqi nəticəsində narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olan sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun yük yerində 2 ədəd bükümdə, ümumi xalis çəkisi 10,97 qram təşkil edən narkotik vasitə - həşiş aşkar edilib.

Yerindəcə aparılan araşdırma zamanı avtobusun sərnişini olan İran vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün o, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Vətəndaşla aparılan izahat işləri nəticəsində, avtobusda aşkar edilən narkotik vasitənin ona məxsus olduğu və yoxlama zamanı cibindən çıxardaraq avtobusun yük yerinə atdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.