DÜNYA


Avtomobil sənayesi üçün “Onstar Go” adlı ağıllı səyyar ödəmə platforması yaradılıb

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

“General Motors” IBM ilə birlikdə avtomobil sənayesi üçün “Onstar Go” adlı ağıllı səyyar ödəmə platformasını yaradıb.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, texnologiya rəqəmli cihaz paneli vasitəsilə sürücülərə müəyyən brendlərlə işləməyə imkan verəcək. Onun köməyi ilə sürücülər yanacaq nasosunu aktivləşdirə bilər, eyni zamanda, displeydə bir neçə toxunuşla təmas edərək benzinin pulunu ödəyə bilərlər. Həmçinin qurğunun köməyi ilə qəhvə sifariş etmək və pulunu ödəmək mümkün olacaq.

Sistem sürücünün hərəkətlərini daim təhlil edir və onu yadda saxlayır. Mastercard yeni platformanın ilk tərəfdaşı olub. Onun köməyi ilə sürücülər maşından çıxmadan ödəmələri həyata keçirə bilərlər. Platforma, həmçinin “Mastercard Digital Enablement Service” (MDES) və “Masterpass” xidməti ilə birləşdiriləcək. Bu da daha tez ödəniş etməyə imkan yaradacaq.

Startapın daha bir tərəfdaşı parklanma yerləri haqqında məlumat verən "Parkopedia” olub. Onun köməyi ilə sürücülər öz avtomobili üçün dayanacağı əvvəlcədən seçərək ödəniş edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.