CƏMİYYƏT
Avtomobil sürücülərinin çəkisi velosipedçilərlə müqayisədə daha çox olur
Bakı, 12 avqust, AZƏRTAC
Mütəxəssislər maraqlı bir müşahidə aparıblar. Bundan sonra elmi işçilər müəyyən ediblər ki, avtomobil sürücülərinin çəkisi velosipedçilərlə müqayisədə daha çox olur.
Yeni eksperimentlərin təşəbbüskarları bu qənaətə gəliblər ki, sükan arxasında çox vaxt keçirən insanlar, hansı cinsi təmsil etmələrindən asılı olmayaraq piylənməyə meylli olur. Bu insanların sürətlə kökəlməsini həkimlər də təsdiq edirlər. Elmi işçilər isə bildirirlər ki, insan yerdəyişmə vasitəsi kimi velosipeddən istifadə edərsə, bir sıra ağır xəstəliklərə tutulma ehtimalını azaltmaq olar.
AZƏRTAC healthvesti.com saytına istinadla xəbər verir ki, bu laboratoriya müşahidələrində Avropanın 7 şəhərindən 11 min könüllü iştirak edib. Respondentlərin orta çəkisi 4 kiloqrama qədər fərqlənir. Eksperiment iştirakçıları bir neçə suala cavab verəndən sonra həkimlər onların çəkisindəki fərqlərin əsas səbəbini müəyyən edə biliblər.
Məlum olub ki, velosipedçilərlə müqayisədə avtomobil sürücülərinin çəkisi daha çox olur.