İQTİSADİYYAT


Avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələri yol təsərrüfatına 593 min 238 manat ziyan vurub

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Görülən tədbirlərə baxmayaraq, 2016-cı ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında və Bakı şəhərinin yollarında 494 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 6783,1 poqonmetr əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 poqonmetr səs boğucu qurğu, 139 metr dəmir-beton sədlər, 30 poqonmetr körpü məhəccəri, 31 poqonmetr istinad divarı və 29 ədəd yol nişanı yararsız hala düşüb.

Ümumilikdə yol təsərrüfatına 593 min 238 manat məbləğində maddi ziyan dəyib, bundan 294 min 871 manat (49,7 faiz) ödənilib.

Dəymiş ziyanın ödənilməsi məqsədilə, 334 yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə, 51 yol-nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 105 yol-nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün isə onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.