DÜNYA


Avtomobildə “5G” şəbəkəsində məlumatların ötürülməsi üzrə yeni rekorda imza atılıb

A+ A

Bakı, 4 iyul, AZƏRTAC 

“Ericsson” şirkəti hərəkət edən avtomobildə “5G” şəbəkəsində məlumatların ötürülməsi sürətini sınaqdan keçirib.

AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, sınaqlar zamanı “5G” şəbəkədə məlumatların ötürülməsi üzrə rekord sürət (7.5 Qbit/s) əldə edilib. Stokholm küçələrində keçirilən sınaqda “Ericsson 5G Radio Prototype” adlı xüsusi avadanlıqdan istifadə olunub.

İndi “Ericsson 5G Radio Prototype” avadanlığı artıq bir neçə ölkədə sınaqdan keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.