CƏMİYYƏT


Avtomobildən pul oğurlayan şəxs “isti izlər”lə yaxalanıb

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 14-də Sumqayıt şəhər sakini Y.İ. həmin gün saat 11 radələrində paytaxtın Q.Qarayev prospektindəki ticarət mərkəzlərindən birinin qarşısında park etdiyi avtomobilindən oğurluq edilməsi barədə Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü polis bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkmiş izahatında qapılarını açıq saxladığı avtomobilindən içərisində 4000 manat olan pulqabısının oğurlandığını bildirib.

Əməliyyat qrupu hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilən məlumat əsasında oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. O, “isti izlər”lə keçirilmiş tədbirlərlə saxlanılaraq polis bölməsinə gətirilib.

Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum edilən Bakı şəhər sakini Rövşən Əşrəfov olması müəyyənləşdirilib. O, oğurluğu törətdiyini etiraf edərək bazarın qarşısında saxlanılan “Fiat” markalı avtomobilin sahibinin aldığı ərzaqları yük yerinə qoyduğundan başının qarışıq olmasından istifadə edərək ön oturacağın üstündəki pulqabını götürərək oradan uzaqlaşdığını bildirib.

R.Əşrəfovun üzərinə baxış zamanı 2400 manat pul aşkar edilib. O, həmin məbləğin oğurladığı pulqabıdakı 4000 manatdan qaldığını, digər hissəsini isə ehtiyaclarına sərf etdiyini bildirib.

Faktla əlaqədar Nizami RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.