CƏMİYYƏT
Avtomobilin gizli saxlanc yerlərindən külli miqdarda siqaret və mobil telefon aşkara çıxarılıb
Bakı, 13 fevral, AZƏRTAC
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa oturacağı ilə yanacaq çəninin arasında, xüsusi düzəldilmiş gizli saxlanc yerində və motor hissəsində aksiz markası ilə markalanmayan 10 min ədəd “DUBAO” adlı siqaret və arxa sol qapının altında düzəldilmiş gizli saxlanc yerində isə 5 ədəd “Nokia” markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.