CƏMİYYƏT


Avtomobilin oturacaqlarında gizlədilən mobil telefonların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 6 iyun, AZƏRTAC

Avtomobilin oturacaqlarında gizlədilən mobil telefonların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin ön oturacaqlarının içindən gömrük nəzarətindən gizlədilən 2 ədəd “Samsung Galaxy Grand prime” 2 ədəd “Samsung Galaxy J5 prime” və 2 ədəd “Samsung Grand J3” markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.