CƏMİYYƏT


Avtomobilin yanacaq çənindən gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkar edilib

Bakı, 30 noyabr, AZƏRTAC

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baxış zamanı avtomobilin yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilən 12 ədəd “Samsung Galaxy J2”, 1 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 22 ədəd mobil telefon qutusu, 12 ədəd qidalandırıcı başlıq, 12 ədəd USB kabel və 9 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.