DÜNYA


Avtomobillər və qapı zənglərini birləşdirən sistem hazırlanıb

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Almaniyanın “Volkswagen” avtomobil istehsalçısı səyahətdə olan zaman poçtalyon və kuryerlərlə əlaqə saxlamağa imkan verəcək avtomobil və ev arasında yeni rabitə sistemi təqdim edib.

AZƏRTAC “Naked Science” resursuna istinadən xəbər verir ki, internet mağazaları və “Əşyalar interneti” texnologiyalarının populyarlığının artması getdikcə daha çox şirkəti müştərilərinə bu sahədə “ağıllı” həllər təqdim etməyə məcbur edir. “Volkswagen” şirkətinin yeni texnologiyası simsiz rabitə vasitəsilə avtomobil və evlərin qapı zənglərini birləşdirən sistemdir hətta sükan arxasında olanda kuryer və poçtalyonların gətirdiyi bağlamaları qəbul etməyə imkan verəcək. Belə ki, smartfonun köməyi ilə giriş qapısını izləmək mümkün olacaq. Sistem “ağıllı” qapı zənglərinin istehsalı ilə məşğul olan “DoorBird” şirkəti ilə əməkdaşlıqda ərsəyə gətirilib.

Alman şirkətinin yeni avtomobilləri “DoorBird” şirkətinin qapı zəngləri ilə əlaqə qura biləcək. Qapının zəngi basılan zaman avtomobilin informasiya-əyləncə sistemi bu barədə ev sahibinə məlumat verməklə veb-kamera və mikrofon vasitəsilə evə kimin yaxınlaşmasına baxmağa və qonaqla rabitə əlaqəsi qurmağa şərait yaradacaq. Beləliklə, istifadəçi kuryer və poçtalyona sifarişin hara qoyulması ilə bağlı dəqiq göstərişlər də verə biləcək.

Gələcəkdə funksionallığının artırılması planlaşdırılan sistem qapıları qonaqlar üçün uzaq məsafədən açacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.