İQTİSADİYYAT
Avtovağzal dairəsi adlanan ərazi dairəvi yola birləşdirilir
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisi dairəvi yola birləşdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə tikilən yolun ümumi uzunluğu 1 kilometrdən çoxdur. Eni isə 13 metr təşkil edəcək.
Üç zolaqlı yol üzərində 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada inşa olunacaq. Hazırda estakadanın başlanğıc və dairəvi yola birləşən hissəsində svayların quraşdırılması işləri gedir.
Tikinti işləri başa çatdıqdan sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Şamaxinka adlanan əraziyə daxil olmadan Stend Atıcılığı İdman Kompleksinə və dairəvi avtomobil yoluna maneəsiz çıxa biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]