CƏMİYYƏT


“Avtovağzal” metro stansiyasının yaxınlığında abadlıq işləri aparılır

Bakı, 4 avqust, AZƏRTAC

Sumqayıt-Bakı yolu, “Avtovağzal” metro stansiyası yaxınlığında yerləşən yaşayış massivində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, ərazidə ağacların qorunması və yaşıllıq zonasının daha da genişləndirilməsi, həmçinin ictimai zonanın yaradılması məqsədilə layihələndirmə işləri aparılıb.

Bİnəqədi rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, aparılan layihələndirmə işləri çərçivəsində ərazidə hündürlüyü 4-5 metr olan 1900 kvadratmetr hasar hörgüsü inşa edilib, 250 metr məsafəyə səki daşları, 400 kvadratmetr tamet daşı düzülüb.

Ərazidə yaşıllaşdırma işləri də aparılıb. 5 min kvadratmetr sahəyə yaşıl çəmən örtüyü salınıb, 2300 ədəd həmişəyaşıl bəzək kolları, 50 ədəd buksus kolları, müxtəlif gül-çiçək, ağaclar və dekorativ bitkilər əkilib, 1 ədəd söhbətgah, 22 ədəd oturacaq, 350 metr ərazidə avtomatlaşdırılmış suvarma sistemləri quraşdırılıb.

Yolun Sumqayıta doğru uzanan istiqamətində uzunluğu 157 metr, hündürlüyü 1,8 metr olan hasar hörülüb, 147 metr əraziyə səki daşları düzülüb, 525 kvadratmetr sahədə yaşıl çəmən ötu və 10 ədəd bəzək kolları əkilib.

Hazırda ərazidə abadlıq işləri sürətlə davam etdirilir və yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.