CƏMİYYƏT


Əvvəllər məhkum olmuş paytaxt sakini bir neçə mənzildən oğurluq etdiyi üçün yaxalanmışdır

Bakı, 16 aprel (AzərTAc). Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Heydərov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, A.Heydərov vətəndaşlar Elçin Abdullayev, Könül Mehralıyeva, Natiq Əliyev və Əhməd Əliyevin evlərindən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır