CƏMİYYƏT
Əvvəllər məhkum olunmuş şəxslərdən üç kiloqramdan çox heroin və marixuana götürülüb
Bakı, 18 iyul, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Vağzalının ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş Elşən Ağayevdən 1 kiloqram 100 qram heroin götürülüb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Bağırovdan 2 kiloqram marixuana götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.