ELM VƏ TƏHSİL


“Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb

Bakı, 20 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının ikinci nömrəsi çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, elmi-ədəbi topluda folklor, ədəbiyyat, sənətşünaslıq, dilçilik və tarix sahələrində aparılan tədqiqatlar, elmi araşdırmalar yer alıb.

Jurnalın bu sayında bölmənin sədri, akademik İsmayıl Hacıyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, bu qurumun onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev, AMEA Tarix İnstitutunun əməkdaşı Səbinə Alməmmədova, Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Emma Aslanova, həmin universitetin baş müəllimi Sevinc Bağırova və digər elm adamlarının məqalələrində müxtəlif səpkili mövzulara yeni faktlarla aydınlıq gətirilib.

Yeni nömrədə “Professor Məhəmmədhüseyn Təhmasibin həyat və yaradıcılığının ümumi mənzərəsi”, “Folklora bağlılığın Vaqif nümunəsi”, “Naxçıvan dialekt və şivələrindəki bəzi dialektizmlərin tarixi haqqında”, “Cəhri kəndi və onunla bağlı toponimlərin etimologiyası və leksik-semantik xüsusiyyətləri”, “Azərbaycan dilinin Səfəvilər dövrü”, “Azərbaycan miniatür sənəti”, “Behbud ağa Şahtaxtinksi irsini yaşadacaq dəyərli əsər”, “Qarabağ müharibəsindən xilas olmuş muzey sərvətlərimiz”, “TÜRKSOY-Türk xalqlarının mədəniyyət və incəsənət birliyi kimi” və digər məqalələr verilib.

Məqalələr rus və ingilis dillərində xülasələrlə dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.