DÜNYA


Ayaq üstə işlə məşğul olmaq insanı arıqladır

Bakı, 4 sentyabr, Günel Məlikova, AZƏRTAC

Amerikalı mütəxəssislərdən ibarət tədqiqat qrupu apardığı araşdırmalar nəticəsində ofis işlərinin ayaq üstə aparılmasını məsləhət görürlər.

AZƏRTAC “VistaNews” saytına istinadla xəbər verir ki, gənclərin iştirak etdikləri tədqiqatlar onların iş saatlarının müəyyən hissələrə bölünməsi ilə aparılıb. Onlara bu vaxt ərzində istənilən vəziyyətdə dayanmağa icazə verilib. Tədqiqatların nəticəsində müəyyən olub ki, ayaq üstə görülən iş oturaq vəziyyətdən fərqli olaraq altı dəfə çox kalori itkisi ilə nəticələnir.

Alimlər bu üsulla artıq çəkidən asanlıqla azad olmağın mümkünlüyünü bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.