CƏMİYYƏT
Ayaqqabının dabanlarında narkotik vasitə aşkar edilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama nəticəsində narkotik vasitələr aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin “Qoşa Təpə” gömrük postunda sözügedən vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb. Təkrar baxış zamanı ayaqqabının dabanlarının oyuqlarında beş bükümdə, ümumi xalis çəkisi 2,915 qram olan heroin və xalis çəkisi 8,354 qram olan tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.