İQTİSADİYYAT


Aydın Əliyev Filippində Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi layihələrdən danışıb

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Aydın Əliyev Filippində Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi layihələrdən danışıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən layihələr haqqında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 28-də Filippin Respublikasının paytaxtı Manila şəhərində Dünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) 11-ci illik Konfransı çərçivəsində Filippin Respublikası maliyyə nazirinin müavini xanım Antonett Tionko ilə keçirdiyi görüşdə məlumat verib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəmiz və Azərbaycan gömrük xidməti haqqında ətraflı məlumat verib. Komitə sədri bildirib ki, 25 il əvvəl yaranmasına baxmayaraq Azərbaycan gömrüyü sürətli inkişaf yolu keçib. Tarixi “İpək Yolu” üzərində yerləşən Azərbaycanın şimal-cənub, şərq-qərb ticarət dəhlizlərini özündə birləşdirdiyini vurğulayan komitə sədri ölkəmizin tranzit yükdaşımalarındakı rolundan, bu istiqamətdə Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi layihələrdən, ticarətin sürətləndirilməsi və asanlaşdırılması istiqamətində atdığı addımlardan, son illərdə həyata keçirilən islahatlardan ətraflı bəhs edib.

Aydın Əliyev Dövlət Gömrük Komitəsinin Hədəf mərkəzi və informasiya texnologiyalarının gömrük sistemində tətbiqi barədə də qarşı tərəfi ətraflı məlumatlandırıb.

Filippin Respublikasının maliyyə nazirinin müavini xanım Antonett Tionko Azərbaycan nümayəndə heyəti ilə görüşdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycan gömrük xidmətində həyata keçirilən islahatların və inkişaf layihələrinin onda böyük maraq doğurduğunu ifadə edən xanım Tionko ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.