İQTİSADİYYAT


Aydın Əliyev: İş adamlarının imtiyazlardan sui-istifadə etməsi qanun pozuntularına yol açır

A+ A

Bakı, 21 sentyabr, Elvin Camalov, AZƏRTAC

Bəzi iş adamları və vətəndaşların onlara verilmiş imtiyazlardan sui-istifadə etməsi qanun pozuntularına yol açır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sərhədyanı bölgələrdə yaşayan vətəndaşlar bəzi məhsulları, xüsusilə siqaretləri istehlak məqsədi üçün gətirir, sonra isə satışa çıxarır.

A.Əliyevin sözlərinə görə, artıq normativ-hüquqi baza ayda yalnız 1 dəfə 3 blok siqaretin gətirilməsinə imkan verir.

“Son zamanlar elə bir gün yoxdur ki, gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda siqaret keçirilməsinin qarşını almasın. Siqaretlə bağlı qaçaqmalçılıq faktlarına daha çox Gürcüstan, İran, Rusiya istiqamətində rast gəlinir”, - deyə A.Əliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.