SİYASƏT


Aygün Attar: ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək cəhdidir

İstanbul, 18 may, АZƏRTAC

Rusiyada yaşayan azərbaycanlılar bu ölkənin həyatında mühüm rol oynayırlar. Ayrı-ayrı toplumlara, eləcə də azərbaycanlılara qarşı münasibətdə qərəzə yol verənlər Rusiyanın nüfuzuna zərbə vururlar.

Bu fikirləri professor Aygün Attar Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə dair qərarla bağlı AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.

Aygün Attar bildirib ki, tarixin bütün dövrlərində erməni lobbisi və erməni diasporunun təsir dairəsində olan qüvvələr Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışıblar. ÜAK-ın qeydiyyatının ləğv edilməsi Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına zərbə vurmaq məqsədilə ortaya atılıb. “Əminəm ki, Azərbaycanın Rusiya üçün əhəmiyyətini, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi həyatındakı rolunu düzgün dəyərləndirən qüvvələr daha mütərəqqi mövqe nümayiş etdirəcəklər. Heç kim unutmamalıdır ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılan təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir”, - deyə professor qeyd edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.