REGİONLAR
Aygün Hüsiyeva: Arzum budur ki, belə tur-aksiyaları doğma Qarabağımızda keçirək
Şəki, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasına Xızı rayonundan qoşulmuşam. Vətənimizin dilbər guşələri ilə tanışlıq hamımızda xoş təəssürat yaradıb. Arzum budur ki, işğal altında olan torpaqlarımız tezliklə azad edilsin və biz belə tur-aksiyaları həmin ərazilərdə keçirək, doğma Qarabağımızın dilbər guşələrinə ekskursiyaya gedək.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Xızı rayonunun Sitalçay kənd 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Aygün Hüsiyeva Şəkidə AZƏRTAC-a müsahibəsində söyləyib.
Qədim Şəkinin tarixi məkanları ilə tanışlıqdan məmnun qaldığını vurğulayan Xızı məktəblisi deyib: “Tur-aksiya sayəsində tarix kitablarından oxuduğum Şəki xanlarının sarayını əyani gördüm, abidənin gözəlliyinə heyran qaldım. Fürsətdən istifadə edib, biz gənclərə belə bir imkan yaratdığına görə Xızı məktəbliləri adından Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.