İDMAN


Ayxan Mamayev karateçilərimizin aktivinə beşinci qızıl medalı yazdırıb

Bakı, 14 may, Nihad Budaqov, AZƏRTAC

Mayın 14-də Azərbaycan karateçiləri “Bakı-2017”də beşinci qızıl medalı aktivlərinə yazıblar. Bu, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin 21-ci qızıl medalı olub.

AZƏRTAC xəbər verir ki, karatenin kumite yarışlarında -84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev finalda Türkiyə idmançısı Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Təmsilçimiz səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3 hesabı ilə qalib gəlib. O, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

A.Mamayev 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında qızıl medal qazanıb. O, 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarında qalib gəlib. İdmançımız Avropa çempionatının ikiqat gümüş medalçısı və dünya çempionatının bürünc medalçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.