MƏDƏNİYYƏT
Əyyub Quliyev Minsk Opera və Balet Teatrının tamaşasına dirijorluq edəcək
Bakı, 23 oktyabr, Laçın Sultanova, AZƏRTAC
Azərbaycanlı gənc dirijor Əyyub Quliyev Belarus Respublikası Milli Akademik Böyük Opera və Balet Teatrının orkestrini idarə edəcək.
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də bu teatrın səhnəsində Cüzeppe Verdinin “Traviata” operası göstəriləcək. Həmin tamaşada orkestrin dirijoru həmyerlimiz olacaq.
Qeyd edək ki, Əyyub Quliyev bundan əvvəl də Belarus Respublikası Milli Akademik Böyük Opera və Balet Teatrında çıxış edib: böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin həmin teatrda premyerasının dirijoru olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:52]
Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 23.04.2024 [13:52]