CƏMİYYƏT


“Azİz” Türkiyənin İsraildəki konsuluna başsağlığı verib

A+ A

Bakı, 1 iyul, AZƏRTAC 

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (“Azİz”) Türkiyənin İsraildəki konsulu Yavuz Kaymaka iyunun 29-da İstanbulun Atatürk Beynəlxalq Hava Limanında törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib.

“Azİz”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsulluğun başsağlığı kitabında əslən Azərbaycandan olan yəhudilərin adından dəhşətli faciədə çoxsaylı günahsız insanların həlak olması ilə əlaqədar hiddət və kədər, habelə bütün yaralıların tezliklə sağalması arzusu ifadə olunub.

Konsul Yavuz Kaymak “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasına başsağlığına görə təşəkkür edib.

Söhbət əsnasında Konsul Yavuz Kaymak və “Azİz” Assosiasiyası idarə heyətinin sədri Yeganə Salman Türkiyə ilə İsrail arasında bu ərəfədə bütün diplomatik münasibətlərin bərpasının mühüm əhəmiyyətini qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.