İQTİSADİYYAT
“AzRe Təkrarsığorta” ASC-nin adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb
Bakı, 29 sentyabr, AZƏRTAC
23 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “AzRe Təkrarsığorta” ASC-nin hər birinin nominal dəyəri 25000 manat olan 2000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1007008670 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, səhmlər cəmiyyətin AZ1006008671 qeydiyyat nömrəsi və hər birinin nominal dəyəri 20000 manat olan 2000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]