CƏMİYYƏT


AzTU-da İctimai Şura yaradılıb

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

“Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Texniki Universitetində (AzTU) tanınmış ictimai şəxslər və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət İctimai Şura yaradılıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, şura AzTU-da ictimai iştirakçılığın gücləndirilməsi, şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətinin artırılması, təkmilləşdirilməsi, təhsil sistemində daha uğurlu islahatlara nail olunması, universitet ilə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaradılması və təkliflərin verilməsi məqsədilə yaradılıb.

Elmi şuranın iclasında İctimai Şuranın fəaliyyətini tənzimləyən əsasnamə təsdiqlənib. Əsasnamədə göstərilir ki, dörd ildən bir formalaşan şuranın sədri, sədr müavini və katibi üzvlərin tam tərkiblə iclasında səsvermə yolu ilə müəyyənləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.