CƏMİYYƏT


AzTU-da “Network Training Center” şirkətinin seminarlarına başlanılıb

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) peşəkar informasiya texnologiyaları (İT) mütəxəssisi kimi formalaşmaq istəyən tələbələr üçün “Network Training Center” şirkətinin əməkdaşları tərəfindən seminarların keçirilməsinə başlanılıb.

AzTU-dan AZƏRTAC-a bildiriblər ki, tələbələrin nəzəri biliklərinin daha da dərinləşməsini və təcrübə mübadiləsini nəzərdə tutan seminarlar dərslərdən əlavə keçirilir.

Qabaqcıl texnologiyalardan faydalanan şirkətin məqsədi İT sahəsində peşəkar olmaq istəyən gənclərə kömək etmək, onlara düzgün karyera seçimində və inkişafında dəstək göstərməkdir. AzTU-nun İKT departamentinin təşkilatçılığı ilə keçirilən seminarlar tələbələrin müvafiq istiqaməti müəyyənləşdirmələri məqsədilə bir neçə həftə ödənişsiz olacaq.

İKT departamentinin müdiri Əli Xəlilov bildirib ki, “Network Training Center” şirkəti ilə əldə olunan razılaşmaya görə sonrakı mərhələlərdə də AzTU-nun tələbələrinə xüsusi güzəştlər ediləcək. İT sahəsində fəal olan tələbələr üçün əlavə praktik imkanlar yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.