CƏMİYYƏT


AzTU-da “SABAH” qruplarının tələbələri ilə görüş olub

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC 

Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin “SABAH” qruplarında təhsil alan tələbələrlə görüş keçirilib.

AzTU-dan AZƏRTAC–a bildiriblər ki, görüşdə Təhsil Nazirliyi “SABAH” qruplarının icra komitəsinin rəhbəri Şahin Seyidzadə bu qruplar haqqında tələbələrə ətraflı məlumat verib. O, “SABAH” qruplarında təhsil alan tələbələrin qayğısından, təhsilin keyfiyyətindən, yaradılan şəraitdən söz açıb.

Ş.Seyidzadə layihənin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün tədris prosesinin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlərdən danışıb, təhsil mühitinin yaxşılaşdırılması, dərs prosesinin xüsusi proqram əsasında təşkili, ingilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verildiyini vurğulayıb.

Bildirilib ki, AzTU-da “SABAH” qruplarının tələbələri üçün xüsusi auditoriya və resurs otaqları ayrılıb.

Sonda tələbələrin təklifləri dinlənilərək müzakirə edilib, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.