ELM VƏ TƏHSİL


AzTU-nun 53 məzunu Müdafiə Sənayesi Nazirliyinin zavod və komplekslərində işlə təmin edilib

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) xüsusi texnika və texnologiya fakültəsinin məzunlarının işlə təmin olunması üçün rektor əvəzi Xalıq Yahudovun əmri ilə seçim komissiyası yaradılıb. Seçim komissiyasının tərkibinə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri və universitetin müəllimləri daxildir.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, builki komissiyaya adı verilən 53 məzunun hamısı təyinatı üzrə və könüllü olaraq Müdafiə Sənayesi Nazirliyinin zavod və komplekslərində işlə təmin edilib.

İşə götürülən gənc mühəndislər bölgü üzrə Müdafiə Sənayesi Nazirliyinin “İQLİM” Elmi-İstehsalat Müəssisəsi, "Araz" zavodu, Bakı Cihazqayırma Zavodu, "Alov" zavodu, "PEYK" zavodu, Еlmi-Tədqiqаt İnstitutu və digər bu kimi böyük komplekslərinə təyinat alıblar.

Seçim zamanı xüsusi texnika və texnologiya fakültəsinin magistratura səviyyəsinə qəbul olunan tələbələrin təyinatı isə fakültə rəhbərliyinin məsləhəti ilə Müdafiə Sənayesi Nazirliyinin Еlmi-Tədqiqаt İnstitutuna verilib. Bu yolla elmi fəaliyyətini davam etdirmək niyyətində olanlar üçün də şərait yaradılıb.

Məzunlardan bəziləri hərbi xidmətə yollandığı üçün komissiyanın bu seçimində onların iştirakının təmin edilməsi mümkün olmayıb. Lakin AzTU və Müdafiə Sənayesi Nazirliyi həmin məzunlarla hərbi xidmətlərini başa vurduqdan sonra əlaqə yaradacaq, onlar da müvafiq işlə təmin olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.