CƏMİYYƏT


AzTU-nun əməkdaşları İsveçin Upsala Universitetində olublar

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Avropa İttifaqının “Azərbaycanda doktoranturanın Avropa standartlarına uyğunlaşdırılması” mövzusunda təsdiq edilən Nizami qrant layihəsi iştirakçılarının növbəti toplantısı İsveçin Upsala Universitetində keçirilib. Toplantıda Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndələri ölkəmizdə texniki sahənin inkişafı, eləcə də bu sahədə tətbiq olunacaq yeniliklərlə bağlı məlumat veriblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndələri layihənin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, Upsala Universitetinin beynəlxalq ofisinin rəhbəri Glaes Levinson da çıxışında bu layihənin önəmliliyindən söz açıb. O, bildirib ki, qrant layihəsi uğurla yerinə yetirilərsə, Azərbaycan elm və təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası prosesində böyük sıçrayış olacaq.

Daha sonra layihənin əlaqələndiricisi Fransanın Monpelye Universitetinin professoru Montero Veronique çıxış edərək hazırki mərhələdə layihənin uğurla yerinə yetirildiyini bildirib.

Görüşdə Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri Sülhəddin Gözəlov və Vüsalə Qurbanova Azərbaycanda doktoranturanın bugünkü vəziyyəti və gələcəkdə Avropa standartlarına uyğunlaşdırılmasının zəruriliyi barədə ətraflı məlumat veriblər.

Sonda qruplar üzrə geniş müzakirələr aparılıb, gələcək işlərin planı təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.